İstirahət günləri Respublikada 17 yol qəzası qeydə alınıb

İstirahət günləri Respublikada 17 yol qəzası qeydə alınıb

Azərbaycanda istirahət günlərində baş verən yol qəzalarında 7 nəfər ölüb, 24-ü isə yaralanıb. Bu barədə SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, mayın 3-də ölkənin avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 23 nəfər yaralanıb.

Mayın 4-də Azərbaycanda 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə