Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutuldu

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutuldu

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Ruslan Şamsudinov saxlanılıb.

Saxlanılan şəxsin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri üzrə təqsirli bilindiyi açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə