İki nəfər suda boğulub

Ötən gün iki nəfər suda boğularaq ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun 1-ci Udulu kəndində Rəvanə Qocayeva ehtiyatsızlıq nəticəsində süni yaradılmış gölə düşərək boğulub.

Digər hadisə işə Şəmkir rayonunda qeydə alınıb. Rayonun Bayramlı kənd sakini Şəhriyar Hidayətli Kür çayının rayon ərazisindən keçən hissəsində çimərkən boğulub.

Hər iki şəxsin meyiti sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə