Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən paytaxtın Binəqədi rayonunda yol-nəqliyyat qəzası baş verib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, torpaq-qazma işləri zamanı torpaq yığılması üçün növbə gözləyən "Shacman" markalı yük avtomobilinin sürücüsü kabinəsindən yerə düşərkən ərazinin maili olması və tormozlanma olmadığı üçün avtomobil arxaya gedib və arxada dayanan digər "Shacman" markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı avtomobillər deformasiyaya uğrayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB