Xətaidə avtomobil, Pirallahıda ev yandı

Xətaidə avtomobil, Pirallahıda ev yandı

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Ötən gecə Bakı şəhəri, Pirallahı rayonunda isə sahibi məlum olmayan ümumi sahəsi 20 kv.m olan tikilinin 10 kv.m tavanı yanıb. Tikilinin qalan hissələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə