Azərbaycanda minik avtomobili yanıb

Azərbaycanda minik avtomobili yanıb

Qobustan rayonunda "QAZ" markalı minik avtomobili yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qobustan rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə