Maşınla vuruldu, cəmi 6 gün yaşadı FACİƏ

Maşınla vuruldu, cəmi 6 gün yaşadı FACİƏ

Bakıda 6 gün əvvəl vurulan yeniyetmə dünyasını dəyişib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, aprelin 26-sı saat 19:45 radələrində Xətai rayonu M. Hadi küçəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Vahid Rəfiyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə 2000-ci il təvəllüdlü Fərrux Şahbazovu vurub.

Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən Fərrux Şahbazov mayın 2-i saat 21 radələrində orada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə