Şirvanda avtomobil yandı. SİA-nın verdiyi məlumata görə, bu gün saat 15:00 radələrində Şirvan şəhəri Z.Hacıyev küçəsində şəhər sakini 1952-ci il təvəllüdlü Mustafayev Abdul Şahlar oğlu "VAZ 2106" markalı 15 BB 151 nömrəli dövlət nişanlı avtomobilini saxlayıb mağazaya gedərkən qəflətən maşın alovlanıb. Qısa vaxt ərzində maşın tamamıilə yanaraq, yarasız vəziyyətə düşüb. Yüngül xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
.jpg)
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB