Zibillikdən silah çıxdı

Balaxanı zibilliyindən silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən Balaxanı qəsəbəsinin ərazisində yerləşən "Təmiz şəhər" ASC-nin poliqonundan 1 ədəd qumbara, 1 ədəd fişəng, 1 ədəd zenit silahının mərmisi, 418 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və 1 bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə