Azərbaycanda yanan fabrik söndürüldü

Azərbaycanda yanan fabrik söndürüldü

Gəncə Qənnadı Fabrikində baş verən yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Belə ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan fabrikinin dördmərtəbəli inzibati binasının 3-cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, yanğın səhər saat 10 radələrində başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə