Azərbaycanda 2 nəfər dəm qazı və sirkə turşusundan zəhərləndi

Azərbaycanda 2 nəfər dəm qazı və sirkə turşusundan zəhərləndi

Azərbaycanda dəm qazı və sirkə turşusundan zəhərlənən 2 nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 30-da Tərtər rayon sakini Elmin Niftəliyev evində dəm qazından zəhərlənərək ölüb.

Aprelin 13-də sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilən Yasamal rayon sakini Bəhruz Məmmədov isə aprelin 30-da orada ölüb.

Hər iki ölüm faktı üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə