Bu gün Parlament prospektində ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, yüksək sürətlə hərəkət edən FİAT Albea markalı 10 - TD - 455 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub və daha sonra işıq dirəyinə çırpılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan qadın piyada dərhal xəstəxanaya aparılıb. Qəza baş verən an isə sürücünü hadisə yerində tapmaq mümkün olmayıb.
Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza ilə bağlı araşdırma aparılır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB