Parlament prospektində yol qəza hadisəsi baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən FİAT Albea markalı 10 TD 455 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobilin içərisində sürücüdən əlavə qadın olub və o, ağır xəsarət aldığından təcili şəkildə xəstəxanaya çatdırılıb. Sürücünun isə hadisə yerindən uzaqlaşdığı bildirilir.
Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza ilə bağlı araşdırma aparılır.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB