Bakıda Uşaq poliklinikasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasında ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB