Bərdədə arvad namus üstündə kişini güllələyib. SİA-xəbər verir ki, hadisə rayonun Darğalar kəndində baş verib. Kənd sakini Tahirə Əzizova həmkəndlisi Əvəz Rüstəmova ov tüfəngi ilə atəş açıb. İki dəfə odlu silahdan açılan güllələrdən biri Əvəz Rüstəmovun boğazından dəyib. Güllə yarası alan Əvəz Rüstəmov xəstəxanaya yerləşdirilib.
Hadisəyə səbəb Tahirə Əzizovanın baldızı ilə Əvəz Rüstəmovun nikahdan kənar münasibətləri olub.
Tahirə Əzizova rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB