Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Cəvahir Novruzi tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB