50 yaşlı kişi tüstüdən boğuldu

50 yaşlı kişi tüstüdən boğuldu

Qubada 50 yaşlı kişi tüstüdən boğularaq ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytın istinadən verdiyi məlumata görə, bu gün Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan yarımtikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kərimov Məhəmməd Rəhman oğlunun tüstüdən boğulub, qismən yanıq izləri ilə meyiti aşkar edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə