Ötən gecə saat 01:00 radələrində Hacıqabul rayonun mərkəzində qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, M.Əsədov küçəsi ev 42-də yaşayan 07 fevral 1976-cı il il təvəllüdlü Məmmədov Elburus Cəlal oğlu mərhum qardaşının həyat yoldaşı, Şirvan şəhər sakini 1977-ci il təvəllüdlü, 2 uşaq anası olan Məmmədova Mahirə Fazil qızını qısqanclıq zəminində döş qəfəsindən 2 bıçaq zərbəsi vuraraq həyatına son qoyub.
Elburus Məmmədov qətli törətdikdən sonra Hacıqabul rayon polis şöbəsinə gələrək törətdiyi hadisə barədə məlumat verib və özü könüllü təslim olub. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB