Bir sıra cinayətlər törətdiyinə görə axtarışda olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baş Cinayət-Axtarış İdarəsi, Goranboy RPŞ, Samux RPŞ və Səbail Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Mirzəyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun, Nurəddin Abbasova məxsus "VAZ-2107" markalı avtomobil qaçırması, habelə Goranboy rayon sakini Şahmar Vəliyev, Bakı şəhər sakinləri Ruslan Nuriyev və Samux rayon sakini Gözəl Mahmudova ilə birgə Sərvan Nəsibova məxsus mağazadan qapını sındırmaq yolu ilə 350 manat, 7 ədəd noutbuk, 19 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB