FHN neft çənindəki yanğınla bağlı məlumat yaydı

FHN neft çənindəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda neft çənində baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə çənin içərisində olan neft qalıqları yanıb, yüksək temperaturdan çən deformasiyaya uğrayıb.

Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə