Bakıda yanan neft çəni söndürüldü

Bakıda yanan neft çəni söndürüldü

Səbail rayon Bayıl qəsəbəsi ərazisində yerləşən neft çənlərinin birində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. SİA-nın hadisə yerində olan müxbirinin sözlərinə görə, hadisənin dəqiq səbəbləri hələ ki, məlum deyil.

Hadisə şahidlərinin söylədiyinə görə, yanğına səbəb neft çənlərinin birində baş verən partlayış olub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə