Avtobusdan narkotik vasitə tapıldı

Avtobusdan narkotik vasitə tapıldı

Azərbaycandan Rusiyaya narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Narkotik vasitə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşı Füzuli Yusifovun idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda aşkarlanıb.

Avtobusa gömrük baxışı zamanı xaşxaş bitkisindən kustar üsulla alınan və çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə