Gəncədə leysan olub rəsmi məlumat

Gəncədə leysan olub rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə yağan güclü yağışla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb. Nəticədə bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb.

Dərhal FHN-in müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə