Azərbaycanda icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib
Azərbaycanda icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xızı rayonu ərazisində baş verib.
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-nə keçən gecə rayonun Sitalçay İcra Nümayəndəliyinin inzibati binasından pəncərədən girmək yolu ilə televizor oğurlayan Sitalçay kənd sakini, əvvəllər məhkum olan Gülağa İmanbaxışov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB