Bakı-Gəncə yolunda avtomobil dirəyə çırpılaraq aşıb

Bakı-Gəncə yolunda avtomobil dirəyə çırpılaraq aşıb

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı-Gəncə yolunun 293-cü kilometrliyində hərəkət edən "Kia" markalı minik avtomobili yol ayrıcındakı dirəyə çırpılaraq aşıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kia" markalı minik avtomobilinin sürücüsü yaralanaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə