Pakistanın Sinq əyalətinin Sukkur şəhəri yaxınlığında avtobus və yük maşını toqquşub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qəza nəticəsində 27 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Hadisə bazar günü səhər saatlarında Sukkur şəhərindən 44 kilometr məsafədə baş verib. Dera-Qazi-Xan şəhərindən Karaçiyə gedən avtobus yük maşınını ötmək istəyərkən onunla toqquşub.
Qəzadan sonra sərnişinlər avtobusda sıxışıb qalıblar. Xilasedicilər şüşələri sındırıb və avtobusun korpusunu kəsib çıxartmalı olublar.Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB