Qarşıdurmalarda 5 nәfәr hәyatını itirib

Qarşıdurmalarda 5 nәfәr hәyatını itirib

Cenevrədə tәrәflәr arasında razılıq әldә edildikdәn sonra Kiev rəhbərliyi ölkənin şərqində əməliyyatları dayandırdığını bildirib. Baxmayaraq ki, bölgədə davam edәn qarşıdurmalarda 5 nәfәr hәyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ictimai binaları işğal edən Rusiya tәrәfdarlarına qarşı əməliyyatlara fasilә verildiyini açıqlayan Ukraynalı səlahiyyətlilərin mәlumatına görә hökumət, işğalını qarşıdakı həftə də davam etməsi halında sərt tədbirlər hәyata keçirәcәk.

Digәr tәrәfdәn Rusiya tərəfdarlarının nəzarətində olan Slavyansk yaxınlarında silahlı qarşıdurma baş verib.

Rus televiziyasının xəbərinə görə, Rusiya tәrәfdaşlarının qurduqları nәzarәt mәntәqәsinә 4 avtomobillə gedən silahlı şəxslər atəş açaraq 3 nәfәri öldürüb. Qarşıdurma әsnasında iki təcavüzkarlar zәrәrsizlәşdirilib.

Rusiya tәrәfdarları, təcavüzkarların irqçi Sağ sektor partiyası mәnsubu olduğunu qeyd edirlәr.

ATƏT-in Ukrayna üzrә Müşahidə Missiyasının rәhbәri təqaüdçü səfir Ərtoğrul Apakanın başçılıq etdiyi heyət, Kiyevdə Ukrayna xarici işlər naziri әvәzçisi ilә bir araya gәlib. İclasda 3 gün əvvəl İsveçrənin Cenevrə şəhərində әldә edilәn beynəlxalq razılaşmanın tərəflərindən ABŞ , Avropa İttifaqı və Rusiyadan diplomatlar da qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə