Yanğın zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb

Yanğın zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb

Bu ilin üç ayında baş verən yanğınların söndürülməsi üçün daxil olan müxtəlif çağırışlar üzrə operativ olaraq 2 min 64 çıxış edilib. Bunun 596-sı çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, mini açıq sahələrdə, 74-ü nəqliyyat vasitələrində, 394-ü digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24 faiz az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə