Cənubi Koreyada 50-yə yaxın cəsəd aşkarlanıb

Cənubi Koreyada 50-yə yaxın cəsəd aşkarlanıb

Cənubi Koreyada 4 gün bundan əvvəl batan gәmidә cəsədlərin olduğu yer tapılıb. SİA-nın məlumatına görə, axtarma vә xilasetmә fәaliyyәtlәri nәticәsindә 50-yə yaxın cəsəd aşkarlanıb, 250-dən çox cəsədin isə hələ də gәmidә olduğu bildirilir.

Havanın fırtınalı, suyun da bulanıq olması sәbәbindәn çətinliklə qarşılaşan dalğıclar əksəriyyətini gəzintiyə qatılan tәlәbәlәrin olduğu gәmidәki cəsədləri çıxarmağa başlayıblar.

Qəzanın meydana gəldiyi Jindo adasında toplanan qurbanların yaxınları, işlərin sürәtlә aparılmadığını irәli sürürlәr.

Digər tərəfdən qəza ilə əlaqədar olaraq gəminin kapitanı, köməkçisi və heyәtindәn 3 nәfәr həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə