ATƏT-in missiyası Ukraynada yoxlama aparacaq

ATƏT-in missiyası Ukraynada yoxlama aparacaq

ATƏT-in Ukraynadakı missiyasının rəhbərinin müavini ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərində inzibati binaların hökumət qüvvələrinə təhvil verilməsini müşahidə edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, artıq ATƏT-in hərbi müşahidəçiləri Ukraynanın şərqindədirlər.

Cenevrədə bir neçə gün əvvəl keçirilmiş dördtərəfli görüşdə Avropa Birliyi, ABŞ, Ukrayna və Rusiya nümayəndələri bütün inzibati binalarının etirazçılar tərəfindən boşaldılmasına dair razılığa gəliblər. Rəsmi Vaşinqton Kremlin inzibati binalarının boşaldılmasında etirazçılara təsir etməyəcəyi təqdirdə, Moskvaya qarşı yeni sanksiyalar paketini tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə