Suriyada hökumət qüvvələrinin əməliyyatlarında 73 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkədə Əsədə sadiq ordu birləşmələri, rəhbərlik əleyhinə olanlara qarşı ağır silahlarla hücum edib.
Suriya İnsan Haqları Təşkilatının açıqlamasında Dəməşq rəhbərliyinə aid qüvvələrin müxalifətin nəzarətindəki bölgələri quru və havadan bombaladığı bildirilib. Suriya Yerli Koordinasiya Komitəsi də ordu helikopterlərinin İdlibin Tamanah bölgəsinə tərkibində xlor qazı olan barrel bombası atdığını irəli sürüb. Hücumda qazdan təsirlənənlərin olub-olmadığı barədə məlumat verilməyib.
Komitədən həmçinin bildirilib ki, hökumət qüvvələri Humsda müxalifətin nəzarətindəki yerləri bombalayıb, hücum zamanı çoxlu sayda bina zərər görüb. Hökumət qüvvələri Dəməşqin Yermuk bölgəsinə də hücum edib, bölgədən güclü partlayış səsi eşidilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB