Goranboyda zəlzələ olub

Goranboyda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 19:25-də Mingəçevirdən 32 km cənub-qərbdə, Goranboy ərazisində 12 km dərinlikdə zəlzələ qeydə alınıb.

3,4 maqnitudalı zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə