Mənzildən xeyli miqdarda pul oğurlanıb

Mənzildən xeyli miqdarda pul oğurlanıb

Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yanvarın 27-də saat 22:00 radələrində Fətəliyev küçəsində yaşayan Rizvan Nəzərovun evindən açar seçmə yolu ilə 6000 manat və 3700 ABŞ dollar oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ramil Nəzərov və Ağdam rayon sakini Mələk Kazımova tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə