Azyaşlı nohura düşərək boğuldu

Azyaşlı nohura düşərək boğuldu

Ağsu rayonunda azyaşlı qız nohura düşərək boğulub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, aprelin 15-də Ağsu rayonu Yenilik kənd sakini, azyaşlı Xədicə Məmmədova yaşadığı evin həyətindəki su nohuruna düşərək boğulub.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə