Bakıda qadına qarşı soyğunçuluq əməli törədən əcnəbi vətəndaş saxlanaraq istintaq orqanına təhvil verilib.
Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Bakı sakini Vəfa Qənbərovaya zor tətbiq edilərək içərisində sənədlər olan pul kisəsi əlindən alınıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış təbirləri nəticəsində soyğunçuluq əməlini törətmiş şəxsi tutmaq mümkün olub. Məlum olub ki, bu, Gürcüstan vətəndaşı Tarniki Modabadzedir.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB