Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib.
Qəza nəticəsində yanğın baş verən "Scania 86" markalı avtobusda 31 sərnişin olub. Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb. Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Hələlik onların ad və soyadları açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB