Azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb

Azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb

Gəncə şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə