Dənizkənarı Milli Parkda kafe yanıb. SİA-nın xəbərinə görə, yanğın hadisəsi bu gün saat 05 radələrində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus ümumi sahəsi 78 kvadratmetr olan kafedə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının qarşısı tez bir zamanda alınıb.
Hadisədə xəsarət alan olmayıb. Yanğının qısaqapanma nəticəsində qeydə alındığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB