Gədəbəydə yol qəzası nəticəsində bir nəfər ölüb

Gədəbəydə yol qəzası nəticəsində bir nəfər ölüb

Gədəbəydə avtomobil qəzası nəticəsində bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Gədəbəy rayonunda "VAZ" markalı minik avtomobili dərəyə yuvarlanıb. Nəticədə, sürücü avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə