Azərbaycanda avtomobillərin texniki baxış talonlarını satan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Adil Məmmədzadə vətəndaş Qismət Səfərova avtomobil üçün texniki baxış talonunu 80 manata satdığı üçün saxlanılıb.
Aparılan araşdırmalarla onun əvvəllər də vətəndaşlara qarşı dələduzluq edərək avtomobillərin texniki baxış talonlarının satışı ilə məşğul olması müəyyən edilib. A. Məmmədzadədən əlavə olaraq 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB