Halvadan telefon çıxdı

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 66.5 və 228.1. maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Asif Dilavər oğlu Şirinxuba atası Dilavər Həmid oğlu Şirinxubun göndərdiyi bağlamaya baxış keçirilən zaman "Şəki halvası" qutusunun içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Nokia" markalı mobil telefon aparatları, 2 ədəd danışıq kartları, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə