“07” qaçıranlar aşkara çıxdı

“07” qaçıranlar aşkara çıxdı

Bakıda "07"-ni qaçırıb sökən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 6-da F.Yusifov küçəsində yaşayan Ruslan Kərimova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb və avtomobil saat 19:30 radələrində Əmircan qəsəbəsi Z.Zeynalov küçəsində sökülmüş vəziyyətdə aşkar olunub.

Nərimanov RPİ CAŞ və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Əsgərov, Əlicabir Sultanov və Orxan İsmayılov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə