Bakıda yanan ev söndürüldü

Bakıda yanan yaşayış binası söndürülüb. SİA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə yerinə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Yanğın saat 13.56-da Dilarə Əliyeva küçəsi 239/8 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində başlayıb. Yanğın ümumilikdə 12 kv.m ərazini əhatə edib.

Yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Bütün xəbərlər Facebook səhifəmizdə