Növbəti qəzada 5 nəfər yaralandı

Növbəti qəzada 5 nəfər yaralandı

Gəncə şəhərində 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə ötən gün 22:00 radələrində Atatürk prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində baş verib. "Opel" markalı avtomobil yolun kənarında dayananan Qələndər Hüseynova məxsus "Hyundai" markalı avtobusa çırpılıb. Qəza nəticəsində yaralanan minik avtomobilin sürücüsü Müzadil Sarıyev və 4 sərnişin Gəncə şəhər Təcili Tibbi Yardım xəstaxanasına gətirilib. Həkimlər bildirib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, hadisəyə səbəb "Opel" markalı avtomobilin sürücüsünün sərxoş olması olub.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticələr isə avtoekspertizadan sonra bəlli olacaq.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə