Salyanda qoyun oğruları yaxalanılıb

Salyanda qoyun oğruları yaxalanılıb

Salyan polsi qoyunlara qənim kəsilən bir qrup cinayətkarı yaxalayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Salyan şəhər sakini Zabil Zakir oğlu Cəfərov yaşadığı fərdi evin həyətyanı sahəsindəki damdan naməlum şəxs və ya şəxslər tərəfindən 7 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, qoyun oğruları Salyan şəhər sakinləri, 21 yaşlı Şəhriyar Yasər oğlu Ağamalıyev, 22 yaşlı Orxan Namiq oğlu Abbasov və Oruc Zakir oğlu Mehdiyevdir. Adı çəkilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. Qeyd edək ki, Şəhriyar Ağamalıyev, Orxan Abbasov əvvəllər də heyvan oğurluğu ilə, Oruc Mehdiyev isə bıçaqlama hadisəsi törətdiyi üçün həbs edilərək məhkumluq həyatı yaşayıblar. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, tutulan şəxslərin digər cinayət əməlləri törətmələri araşdırılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə