Bakıda yaşayış binasının damında su çəni asılı vəziyyətdə qalıb

Bakıda yaşayış binasının damında su çəni asılı vəziyyətdə qalıb

Paytaxtda yaşayış binasının damında qəza vəziyyəti yaranıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının damında su çəni asılı vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının damında quraşdırılmış su çəni bərkidilmiş hissədən qoparaq borulardan asılı vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə asılı vəziyyətdə qalmış su çənini yerə endirib və yaranan təhlükəni aradan qaldırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə