Çobanlar arasında güllələnmə hadisəsi baş verib

Çobanlar arasında güllələnmə hadisəsi baş verib

Çobanlar arasında güllələnmə hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Salyan rayonunun Dağüstü kəndi ərazisində 1992-ci il təvəllüdlü, Salyan rayonunun Həsənli kənd sakini Səfa Şirinbəy oğlu Cəfərov sağ baldır nahiyəsindən ov tüfəngindən açılan güllə yarası ilə bağlı Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini, hazırda Salyanın Qırxçıraq kəndində yaşayan, 17 yaşlı Fazil Fərhad oğlu Məmmədov hadisə yerindən bir az aralıda yaxalanıb. İlkin istintaq zamanı məlum olub ki, Səfa Cəfərov mobil telefon vasitəsi ilə Fazil Məmmədovun ünvanına nalayiq söyüşlər söyüb. Bundan əsəbiləşən Fazil Məmmədov babasından qalma 16 kalibirli təklülə ov tüfəngini və 2 ədəd patron götürərək Səfa Cəfərovun yanına gəlib və aralarında mübahisə yaranıb. Fazil Məmmədov əlində tutduğu ov tüfəngi ilə Səfa Cəfərovu qorxutmaq məqsədi ilə bir dəfə atəş açıb, güllə onun sağ baldır nahiyəsindən dəyərək yaralayıb. Yaralı Salyan mərkəzi xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra Sumqayıt şəhərinə aparılıb.

Faktla bağlı Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

İqbal Mikayılov, Şirvan

Bütün xəbərlər Facebook səhifəmizdə