Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakının müxtəlif ərazilərində qanunsuz mərc oyunları təşkil edən qrup üzvlərini saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayonunda anadan olan, 32 yaşlı Emin Əliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Emin Əliyev təxminən 1 il bundan əvvəl Qusar rayon sakini, 20 yaşlı Elşad Seyidov, Yevlax rayonunda anadan olan 22 yaşlı Fərdi Mehdiyev, Şəki şəhər sakini, Əfqan Xəlilov, Bakı şəhər sakinləri, 25 yaşlı Elşən Arzumanov, 19 yaşlı Ağacan Nərimanov və 24 yaşlı Tapdıq Fərəcovu da ətrafına cəlb edərək qanunsuz "ZenitBet" idman mərc oyunları təşkil edib. Emin Əliyev paytaxtın müxtəlif ərazilərində 6 ünvanda obyekt kirayə götürüb, qanunsuz oyunları təşkil ütmək üçün lazım olan avadanlıqlar alıb və hər bir obyekti ətrafına cəlb etdiyi tanışlarına təhvil verərək işlətməyi tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB