Gəncədə bıçaqlanma hadisəsi yaşanıb

Gəncədə bıçaqlanma hadisəsi yaşanıb

Ötən gün saat 23:00 radələrində Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, şəhərin Fərhad Əliyev küçəsi 1-ci döngə 6/12 də qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov bir bıçaq yarası ilə Gəncə şəhər təcili tibbi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub. 21 yaşlı gəncin kim tərəfindən və hansı məqsədlə bıçaqlandığı hələlik məlum deyil.

Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə