Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, yanğın Gürcüstandan Qırğızıstana soyuducu aparan yük qatarında baş verib.
N. Əzməmmədovun sözlərinə görə, hadisə yük qatarının dam örtüyünün güclü külək nəticəsində aşması nəticəsində elektrik naqillərində yaranan qısaqapanmadan yaranıb.
Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri yanğının söndürülməsinə nail olublar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB